Rüstəm Orucov bürünc medal uğrunda mübarizə aparacaq
Praqada start götürən Avropa çempionatında cüdoçumuz Rüstəm Orucov bürünc medal uğrunda mübarizə aparacaq.

73 kiloqram çəkidə mübarizə aparan R.Orucovun rəqibi isveçrəli Nils Stump olacaq.

Qeyd edək ki, komandamız artıq ilk medalını qazanıb. Millimizin üzvü Orxan Səfərov (66 kq) uğurla çıxış edərək qızıl medala sahib olub.

Azərbaycanın ümumilikdə 14 idmançısının təmsil olunduğu Avropa çempionatı noyabrın 21-dək davam edəcək.

Xəbər 460 dəfə oxundu.