Millimizin Avropa çempionatının seçmə mərhələsində oyunlarının təqvimi müəyyənləşib
Futzal üzrə Avropa çempionatının 2022-ci ildə keçiriləcək seçmə mərhələsində 3-cü qrupda çıxış edəcək Azərbaycan millisinin oyunlarının təqvimi aydın olub.

Bu barədə UEFA-nın saytında məlumat verilib. Belə ki, 2021-ci ilin yanvarın 29-da Azərbaycan – Slovakiya, fevralın 2-də Yunanıstan - Azərbaycan, martın 4-də Azərbaycan – Moldova, martın 9-da Moldova - Azərbaycan, aprelin 8-də Slovakiya - Azərbaycan, aprelin 14-də isə Azərbaycan - Yunanıstan matçları olacaq.

Xəbər 311 dəfə oxundu.