AFFA-da danışılmış oyunlarla bağlı seminar keçirilib
Bu gün AFFA-nın inzibati binasında danışılmış oyunlarla bağlı seminar keçirilib.

Azsport.az federasiyanın rəsmi saytına istinadla xəbər verir ki, Premyer Liqa və I divizion oyunlarına təyinat alan AFFA nümayəndələri üçün təşkil edilən seminarda UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli iştirak edib. O, “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, eyni zamanda, maarifləndirici, hesabat xarakterli təqdimatlar edib.

İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib.

Xəbər 391 dəfə oxundu.