Azərbaycan cüdoçusu Avropa çempionatında qızıl medal uğrunda mübarizə aparacaq
Çexiyanın paytaxtı Praqada start götürən Avropa çempionatında cüdoçumuz Orxan Səfərov (66 kq) qızıl medal uğrunda mübarizə aparacaq.

Qitə çempionatında finala qədər italiyalı Manuel Lombard, slovakiyalı Matej Poliak, serbiyalı Sebastian Seidl üzərində qələbə qazanan cüdoçumuz yarımfinalda Serbiyanın daha bir cüdoçusu Strahinja Buncıclə gücünü sınayıb. Növbəti qarşılaşmanı da uğurla başa vuran təmsilçimiz finala çıxıb. Onun finaldakı rəqibi İsrail cüdoçusu Tal Flicker olacaq.

Qeyd edək ki, qitə çempionatında Azərbaycanı ümumilikdə 14 idmançı təmsil edir.

Avropa çempionatı noyabrın 21-dək davam edəcək.

Xəbər 432 dəfə oxundu.