Ümumdünya Antidopinq Məcəlləsində qüvvəyə minəcək dəyişikliklər və yeniliklərlə bağlı vebinar keçiriləcək
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) ilə birgə 2021-ci il Ümumdünya Antidopinq Məcəlləsində qüvvəyə minəcək dəyişikliklər və yeniliklərlə bağlı vebinar keçirəcək.

KİV nümayəndələrinin iştirak edəcəkləri vebinar noyabrın 23-də saat 14:00-da olacaq.

Tədbirin təşkilində məqsəd antidopinq məsələləri, o cümlədən bu sahədəki yeniliklərlə bağlı media nümayəndələrini məlumatlandırmaq və onları maraqlandıran sualları cavablandırmaqdır. Vebinara qoşulmaq istəyənlər bu linkdən istifadə edə bilərlər - https://bit.ly/35FJ8HM.

Xəbər 406 dəfə oxundu.