Sumqayıt idmançıları növbəti uğurlarını qazanıblar
Beynəlxalq arenada keçirilən turnirlərdə Sumqayıt idmançıları uğurla çıxış edirlər.

Azsport.az Gənclər və İdman Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, noyabrın 9-dan 11-dək Xorvatiyanın Poreç şəhərində 23 yaşadək cüdoçular arasında keçirilmiş Avropa birinciliyində Azərbaycan milli komandasının üzvü, Sumqayıt idmançısı Gültac Məmmədəliyeva (52 kq) gümüş medal qazanıb.

Noyabrın 11-dən 18-dək qeyri-ənənəvi qaydada - “Zoom” proqramı vasitəsilə təşkil olunan dünya kubokunda isə 67 kq çəki dərəcəsində qüvvəsini sınayan şəhər idmançısı Murad Əliyev birdən qaldırma hərəkətində 120 kiloqram, təkanla qaldırmada isə 139 kiloqramı başı üzərinə qaldıra bilib. Toplam 259 kiloqram nəticə göstərən atletimiz həm birdən qaldırmada, həm də toplamda dünya kubokunun gümüş medalına sahib çıxıb.

Xəbər 301 dəfə oxundu.