MBA-nın basketbolçuları Tokio Olimpiadasında yarışa biləcəklər
Milli Basketbol Assosiasiyasının (MBA) oyunçuları Tokio Olimpiadasında mübarizə apara biləcəklər.

Bu barədə mətbuat konfransında Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax məlumat verib.

O qeyd edib ki, MBA-nın yeni mövsümünün dekabrın 22-də başlayacağı ilə bağlı qərar qəbul edilib. Bu, dünyanın ən yaxşı basketbolçularının Tokio Olimpiadasında oynamasına imkan verəcək.

Xatırladaq ki, Tokio Olimpiadası 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Koronavirus pandemiyası səbəbindən yarış bir il sonraya təxirə salınıb və iyulun 23-dən avqustun 8-dək keçiriləcək. Eyni zamanda, “Tokio-2020” Oyunlarının adı da saxlanılıb.

Xəbər 464 dəfə oxundu.