“Universiada-2023”ün hazırlığı üçün gələn il təxminən 19,5 milyard rubl ayrılacaq
Yekaterinburqda 2023-cü ildə keçiriləcək universiadaya hazırlıq üçün gələn il təxminən 19,5 milyard rubl ayrılacaq.

Bu barədə TASS informasiya agentliyində məlumat verilib.

Bundan əvvəl universiadanın büdcəsinin 64 milyard rubldan çox təşkil edəcəyi bildirilib.

Xatırladaq ki, XXXI Ümumdünya Yay Universiadası 2021-ci ildə Çinin Çendu şəhərində təşkil olunacaq. Ötən il İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında Azərbaycan milli komandası 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 18-ci yerdə qərarlaşıb.

Xəbər 401 dəfə oxundu.