Xavier Maskerano karyerasını başa vurduğunu açıqlayıb
Argentinalı futbolçu Xavier Maskerano karyerasını başa vurduğunu açıqlayıb.

Bu barədə Argentinanın “Estudiantes” klubunun mətbuat xidməti məlumat yayıb.

Xavyer Maskerano Argentina və Braziliya çempionudur, beş dəfə İspaniya çempionatının qalibi olub. O, Barselona”nın heyətində beş dəfə İspaniya kubokunda, üç dəfə ölkənin Super kubokunda, iki dəfə UEFA Çempionlar Liqasında və UEFA Super kubokunda qələbə qazanıb.

Argentina millisinin tərkibində X.Maskerano gənclər arasında dünya çempionatının (2001-ci il) qalibi adına layiq görülüb. İkiqat Olimpiya çempionudur (2004, 2008). O, 2014-cü ildə milli komandanın tərkibində dünya çempionatının finalçısı olub.

Xəbər 395 dəfə oxundu.