Ramil Şeydayev: Biz bir komandayıq və birlikdə uğura nail olacağıq
Biz öz evimizə 3 xalı gətirə bilmədik, amma ruhdan düşmürük və növbəti Lüksemburqla oyuna hazırlaşırıq.

Bu barədə Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev UEFA Millətlər Liqasının V turunda Monteneqro ilə qolsuz heç-heçə etdikləri oyundan sonra “ınstagram” səhifəsində yazıb.

"Sabah" klubunda çıxış edən 24 yaşlı hücumçu qrup mərhələsinin sonuncu turunda Lüksemburqla oynayacaqları matçda qələbə əldə edəcəklərinə əminliyini bildirib: “Biz bir komandayıq və birlikdə uğura nail olacağıq”.

Qeyd edək ki, noyabrın 17-də "Jozi Bartel" stadionunda Bakı vaxtı ilə saat 23:45-də Lüksemburq - Azərbaycan oyunu start götürəcək.

AZƏRTAC

Xəbər 406 dəfə oxundu.