Teymur Rəcəbov “Skillinq Open” turnirində iştirak edəcək
Azərbaycanın ən güclü şahmatçılarından biri Teymur Rəcəbov “Skillinq Open” onlayn şahmat turnirində iştirak edəcək.

Dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə baş tutacaq turnir “Champions Chess Tour” seriyasına aiddir və bir il davam edəcək. Turnirin mükafat fondu isə 1,5 milyon dollar olacaq. Noyabrın 22-də start götürəcək onlayn turnirin 16 iştirakçısından 11-nin iştirakı artıq dəqiqləşib.

Teymur Rəcəbovun rəqibləri arasında Liren Dinq (Çin), Levon Aronyan (Ermənistan), David Anton (İspaniya), Sergey Karyakin (Rusiya), Le Quanq Liem (Vyetnam), Uesli So (ABŞ), Aniş Giri (Niderland), Yan-Kşiştof Duda (Polşa), Maksim Vaşye-Laqrav (Fransa) və digərləri yer alıb. Bu turnir “Champions Chess Tour” çərçivəsində təşkil olunacaq.

Xəbər 397 dəfə oxundu.