FİFA referisi Rauf Cabarov təyinat alıb
FİFA referisi Rauf Cabarov təyinat alıb.

Azsport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 17-də keçiriləcək Ukrayna – Şimali İrlandiya qarşılaşmasının baş hakimi olacaq.

Ona Elşad Abdullayev və PərvinTalıbov kömək edəcək. Dördüncü hakim Elçin Məsiyev olacaq.

Xəbər 439 dəfə oxundu.