Millimizin dünya çempionatında yer alacağı səbət dəqiqləşib
Azərbaycanın futbol üzrə milli komandasının 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsindəki səbəti müəyyənləşib.

Yığmamız püşkatmaya 5-ci səbətdən qoşulacaq.

Qeyd edək ki, ötən ay FİFA reytinqində Azərbaycan yığması 1175 xalla dünyada 114-cü, Avropa üzrə 45-ci idi. Bu ay ərzində üç oyun keçirən millimiz Sloveniya və Monteneqro ilə heç-heçələrə görə, 4,5 xal qazanıb.

Xatırladaq ki, DÇ-2022-nin püşkatma mərasimi dekabrın 7-də keçiriləcək.

Xəbər 304 dəfə oxundu.