Azarkeşlər millimizi Lüksemburqda təntənə ilə qarşılayıblar
UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində son oyununu keçirmək üçün Azərbaycan milli komandası Lüksemburqa gedib.

Azsport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, millimizi hava limanında bir qrup azarkeş qarşılayaraq komandamıza uğurlar arzulayıb.

Qeyd edək ki, Lüksemburq - Azərbaycan oyunu noyabrın 17-də, Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək.

Xəbər 303 dəfə oxundu.