Lüksemburq - Azərbaycan: Mətbuat konfransları və açıq məşqlərin vaxtı dəqiqləşib
UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 17-də, saat 23:45-də “Josy Barthel” stadionunda keçiriləcək Lüksemburq - Azərbaycan oyunu ərəfəsində hər iki komanda üçün mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı dəqiqləşib.

Azsport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan milli komandası yerli vaxtla noyabrın 16-da saat 17:30-da mətbuat konfransı, saat 18:00-da məşq (ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşq) keçirəcək.

Lüksemburq milli komandasının mətbuat konfransı isə noyabrın 16-da saat 15:00-da, məşqi saat 19:00-da (ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşq) nəzərdə tutulub.

Xəbər 299 dəfə oxundu.