Serxio Ramos İspaniya millisinin heyətində yeni rekorda imza atıb
Futbol üzrə İspaniya millisinin və "Real Madrid" klubunun futbolçusu Serxio Ramos yeni rekorda imza atıb.

34 yaşlı müdafiəçi buna UEFA Millətlər Liqasının 5-ci turunda İsveçrə ilə matçda nail olub. O, həmin oyunda iştirak etməklə yığmanın heyətində çıxdığı qarşılaşmaların sayını 177-yə çatdırıb. Bu isə Avropada milli komandalar üçün yeni rekord sayılır.

Bunadək ən yüksək göstərici İtaliya yığmasında 176 oyun keçirən Canluici Buffona məxsus idi.

Qeyd edək ki, İsveçrə - İspaniya görüşü 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Xəbər 389 dəfə oxundu.