Luis Hamilton karyerasında 7-ci dəfə dünya çempionu olub
Noyabrın 13-dən 15-dək Formula 1-in sayca 14-cü olan yarışı - Türkiyə Qran-Prisi keçirilib. 58 dövrəlik mübarizənin yekununda Luis Hamilton qalib olub. Britaniyalı pilot karyerasında 7-ci dəfə dünya çempionu olub. Nəticədə o, Mixael Şumaxerin rekorduna şərik çıxıb. İkinci yer "Racing Point"dən Serxio Peresə, üçüncü pillə isə "Ferrari"dən Sebastian Fettelə qismət olub.

Pilotların mübarizəsində Luis Hamilton 307 xalla liderliyini davam etdirir. Onun "Mercedes"dəki komanda yoldaşı Valtteri Bottas 197 xalla ikinci, "Red Bull" pilotu Maks Ferstappen 170 xalla üçüncüdür.

Konstruktorların yarışında "Mercedes" 504 xalla birinci, "Red Bull Racing Honda" 240 xalla ikinci, "Racing Point" 154 xalla 3-cü yerdə gedir.

Qeyd edək ki, mövsümün 15-ci yarışı noyabrın 29-da Bəhreyndə baş tutacaq.

Xəbər 437 dəfə oxundu.