Avropa çempionatında Azərbaycanın 14 cüdoçusu mübarizə aparacaq
Noyabrın 19-da Azərbaycan cüdoçularının da iştirak edəcəkləri Avropa çempionatı start götürəcək.

Qitə birinciliyində kişilər arasında medallar uğrunda Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Rüstəm Orucov, Telman Vəliyev (hər ikisi 73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşangi Kokauri (100 kiloqramdan yuxarı) mübarizə aparacaqlar. Qadınların yarışında isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Aleksandra-Larisa Florian (57 kq), İrina Kindzerska (78 kiloqramdan yuxarı) güclərini sınayacaqlar.

Noyabrın 21-dək davam edəcək Avropa çempionatında 42 ölkədən 370 cüdoçu iştirak edəcək.

Xəbər 438 dəfə oxundu.