“Biz meydana məğlub olmamaq üçün çıxmışdıq”
“Biz meydana məğlub olmamaq üçün çıxmışdıq. Amma elə alındı ki, iki qol vurub qalib gəldik”. İdman.com.az saytının məlumatına görə, bu sözləri Sloveniyanın “Mura” klubunun futbolçusu Damyan Bohar deyib.

O, Avropa Liqasının I təsnifat mərhələsinin “Bakı” ilə cavab oyunu haqda fikirlərini açıqlayıb: “Daha böyük büdcəyə malik “Bakı” cütün favoriti idi. Lakin biz hamını təəccübləndirə bildik. İlk oyun heç nəyi həll etməmişdi. Cütün qalibini lemdavada müəyyənləşdirdik”.

Xəbər 1163 dəfə oxundu.