Türk Şurasının gənclər və idman məsələləri üzrə İşçi Qrupunun 4-cü iclası keçirilib
Videoformatda keçirilmiş iclasda ilk olaraq Ermənsitan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın qələbəsi ilə başa çatması münsabəti ilə üzv ölkələrin nümayəndələri tərəfindən təbrik ünvanlanıb.

Daha sonra aşağıdakı məsələlər müzakirə edilib.

2019-cu ildə Bişkek şəhərində keçirlmiş Gənclər və İdman nazirlərinin 4-cü iclasının protokolunun icrası;

COVİD-19 pandemiya dövründə birgə fəaliyyət və əməkdaşlıq;

“Türk Şurası çərçivəsində coxtərəfli və ikitərəfli gənclər və gənclər sahəsində işləyən əməkdaşlar arasında mübadilə proqramları üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”nun layihəsi;

İdman Könüllülərinin 1-ci Onlayn Sammitinin keçirilməsi;

Gənc Sahibkarlar Forumunun keçirilməsi;

Türk Şurası Gənclər Platformasının 2-ci Baş Assambleyasının keçirilməsi;

Türk Şurası 4-cü Gənclər Festivalının keçirilməsi;

Türk Şurası 5-ci Beynəlxalq Gənclər Düşərgəsinin keçirilməsi;

Türk Şursı 3-cü Gənc Liderlər Forumunun keçirilməsi

Türk Şurası Könüllülərinin Təlim Proqramının keçirilməsi;

4-cü Dünya Köçəri Oyunlarının keçirilməsi;

2-ci Türk Universitetləri İdman Oyunlarının keçirilməsi.

Sonda Türk Şurası Gənclər və İdman nazirlərinin 5-ci iclasının keçirilməsinə dair fikir və məlumat mübadiləsi aparılıb.

İclasda Azərbaycanı Gənclər və İdman Nazirliyinin sektor müdirləri Aydın Məmmədov, Fuad Babayev və İdman Könüllüləri İctimai Birliyinin sədri Miraqil Seyidzadə təmsil ediblər.

Xəbər 512 dəfə oxundu.