Luis Hamilton daha 3 il “Mercedes”də qala bilər
Luis Hamiltonun “Mercedes” komandası ilə müqaviləsi cari mövsümün sonunda başa çatmasına baxmayaraq tərəflər əməkdaşlığı davam etdirmək üçün hələ də yeni anlaşma imzalamayıblar.

L.Hamilton komandası ilə artıq razılığa gəlib. Belə ki, pilot daha 3 il - 2023-cü ilin sonunadək “Mercedes”in heyətində qala bilər. Onun maaşının 52 milyon dollara çatacağı gözlənilir.

L.Hamiltonun hazırkı müqavilə ilə məvacibi təxminən 45 milyon dollardır.

Qeyd edək ki, L.Hamilton Formula 1 üzrə dünya çempionatının cari mövsümündə 282 xalla pilotların siyahısına liderlik edir.

Xəbər 542 dəfə oxundu.