“Beşiktaş”da koronavirusa yoluxanların sayı artıb
Türkiyə Super Liqasında çıxış edən “Beşiktaş” klubunda koronavirusa yoluxan futbolçuların sayı 8-ə çatıb.

Bu barədə klubun rəhbərliyi rəsmi açıqlama verib.

COVID-19 testindən keçən klub üzvləri və futbolçuların arasından nəticəsi pozitiv olanlar var. Testlər nəticəsində 3 futbolçuda koronavirusa yoluxma halı aşkarlanıb. Həmin oyunçular dərhal karantinə alınıb.

Qeyd edək ki, sonuncu yoluxmalar ilə “Beşiktaş”da koronavirus aşkarlanan futbolçuların sayı 8-ə çatıb.

Xəbər 428 dəfə oxundu.