“Neftçi”nin futbolçusu Konqo millisinin heyətində fərqlənib
Futbol üzrə Afrika Millətlər kuboku yarışlarında Konqo yığması doğma meydanda evdə Esvatini millisini 2:0 hesabı ilə məğlub edib.

“Neftçi”nin hücumçusu Prins İbara start heyətində meydana çıxıb və matçın sonlarında əvəzlənib.

O, 77-ci dəqiqədə hesabı açan komanda yoldaşına məhsuldar ötürmə edib.

Konqo millisi 6 xalla qrupda ikinci pillədə qərarlaşıb.

Xəbər 430 dəfə oxundu.