BOK-un prezidenti Yaponiyanın keçmiş Baş naziri Şinzo Abeni mükafatlandıracaq
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax noyabrın 16-da Yaponiyaya səfəri zamanı bu ölkənin keçmiş Baş naziri Şinzo Abeni Olimpiya ordeni ilə təltif edəcək.

Bu barədə Kyodo agentliyində məlumat yayıb.

Noyabrın 15-dən 18-dək davam edəcək səfər zamanı T.Baxın Yaponiya Baş naziri Yoşihide Suqa, “Tokio-2020” Təşkilat Komitəsinin rəhbəri Yoşiro Mori ilə də görüşəcəyi gözlənilir.

Olimpiya ordeni 1974-cü ildə təsis edilib. Bu mükafat Olimpiya Hərəkatındakı üstün xidmətlərə görə verilir.

Qeyd edək ki, Tokio Olimpiadası iyulun 24-dən avqustun 5-dək keçirilməli idi. Koronavirus pandemiyası səbəbindən yarış bir il təxirə salınıb və iyulun 23-dən avqustun 8-dək keçirilməsi planlaşdırılır.

Xəbər 421 dəfə oxundu.