Formula 1 San Paula ilə 5 illik razılaşma imzalayıb
Formula 1-in 2021-ci il mövsümü üçün yayımlanan təqvimində Braziliyada keçiriləcək Qran-Pri də yer alıb.

San Paulanın qubernatoru Juan Doria mətbuat konfransında Formula 1 ilə yeni 5 illik razılaşma imzalandığını bildirib. Razılaşmaya əsasən, İnterlaqos trasında keçiriləcək yarış San Paulo Qran-Prisi adlanacaq.


Xəbər 432 dəfə oxundu.