“Keşlə” və “Sabah”ın futbolçuları Moldova yığmasının heyətində çıxış ediblər
“Keşlə”nin qapıçısı Stanislav Namaşko və “Sabah”ın yarımmüdafiəçisi Yevgeni Koçukun yer aldıqları Moldova millisi evdə Rusiya yığması ilə yoldaşlıq oyununda qarşılaşıb.
Görüş qolsuz heç-heçə ilə bitib. Azərbaycan Premyer Liqasında çıxış edən hər iki futbolçu oyunun iştirakçısı olub.

Qolkiperin sonadək mübarizə apardığı oyunda Y.Koçuk son 26 dəqiqəni meydanda keçirib.

Xəbər 403 dəfə oxundu.