AVRO-2020-nin bütün iştirakçıları müəyyənləşib
Avropa çempionatının bütün iştirakçılarının adına aydınlıq gəlib.

Bu, AVRO-2020-nin pley-off mərhələsində final oyunlarından sonra məlum olub. Son 4 vəsiqəyə Şimali Makedoniya, Şotlandiya, Slovakiya və Macarıstan sahib çıxıb.
Onlar müvafiq olaraq, C, D, E və F qruplarına düşüblər.

A qrupu: Türkiyə, İtaliya, Uels, İsveçrə
B qrupu: Danimarka, Finlandiya, Belçika, Rusiya
C qrupu: Niderland, Ukrayna, Avstriya, Şimali Makedoniya
D qrupu: İngiltərə, Xorvatiya, Şotlandiya, Çexiya
E qrupu: İspaniya, İsveç, Polşa, Slovakiya
F qrupu: Macarıstan, Portuqaliya, Fransa, Almaniya

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən 2021-ci ilin yayına təxirə salınan AVRO-2020-nin matçları Bakı da daxil olmaqla qitənin 12 şəhərində baş tutmalıdır.

AZƏRTAC

Xəbər 404 dəfə oxundu.