Futbol üzrə Türkiyə milli komandası karantinə alınıb
Futbol üzrə Türkiyə yığması Rivadakı Hasan Doğan adına Təlim-Məşq Bazasında karantinə alınıb.

Buna səbəb millinin baş məşqçisi Şenol Güneş və bəzi futbolçuların noyabrın 11-də evdə Xorvatiya ilə yoldaşlıq matçında (3:3) qonaq komandanın koronavirusa yoluxmuş müdafiəçisi Domaqoy Vida ilə yaxın təmasda olmasıdır.

Yığma üzvləri, məşqçilər heyəti və digər işçilərin qarşıdakı oyunadək hər gün koronavirus testindən keçiriləcəyi bildirilib.

Qeyd edək ki, UEFA Millətlər Liqasının beşinci turu çərçivəsində noyabrın 15-də Türkiyə millisi Rusiya yığmasını qəbul edəcək.

Xəbər 404 dəfə oxundu.