“Neftçi”nin yeni baş məşqçisinin köməkçiləri müəyyənləşib
Bakının “Neftçi” futbol klubunun yeni baş məşqçisi Samir Abasovun köməkçiləri müəyyənləşib.

42 yaşlı mütəxəssisin məşqçilər korpusunda Seymur Rəhimov və Vəfadar Quliyev yer alacaqlar.

Qeyd edək ki, S.Abasov 2003/2004-cü il mövsümündə “Neftçi”də çıxış edib, Azərbaycan çempionatının və kubokunun qalibi olub. O, baş məşqçi kimi “Sumqayıt” və “Zirə” klublarında çalışıb.

Xəbər 419 dəfə oxundu.