AMADA yerli idman federasiyalarının əlaqələndiriciləri üçün vebinar təşkil edib
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) yerli idman federasiyalarının əlaqələndiriciləri üçün ümumdünya antidopinq məcəlləsində gələn il qüvvəyə minəcək dəyişikliklər və yeniliklər haqqında vebinar keçirib.

Vebinarın ilk hissəsində iştirakçılar maarifləndirici video ilə tanış olublar.

Sonra iştirakçıları maraqlandıran məsələlər barəsində sual-cavab baş tutub.

İştirakçılar bu təlim nəticəsində sertifikat əldə etməklə, öz federasiyalarında effektiv təlimlər keçirə biləcəklər.

Xəbər 409 dəfə oxundu.