Ağırlıqqaldırmanın Olimpiya Oyunlarının proqramında saxlanılması məsələsi “Tokio-2020”dən sonra həll ediləcək
Ağırlıqqaldırmanın Olimpiya Oyunlarının proqramında saxlanılması məsələsi 2021-ci ilin yayında keçiriləcək Tokio Olimpiadasından sonra həll ediləcək.

Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax mətbuat konfransında məlumat verib.

Qeyd edək ki, ağırlıqqaldırmanın Yay Olimpiya Oyunlarının proqramından çıxarılmasının mümkünlüyü bu növdə dopinq problemləri ilə əlaqədar ortaya çıxıb. 2017-ci ilin dekabrında BOK İcraiyyə Komitəsi ağırlıqqaldırmanın “Paris-2024”ün proqramında qalması üçün əməl olunmalı meyarları açıqlayıb. Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) isə təmiz idmana dair müstəqil komissiyanın bütün tövsiyələrini yerinə yetirdiyini bildirib.

Xəbər 540 dəfə oxundu.