Azərbaycanın U-21 millisi İsveçrə yığması ilə qarşılaşacaq
İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə qrup mərhələsində Azərbaycan milli komandası bu gün sonuncu oyununu keçirəcək.

Komandamız Tyun şəhərindəki “Tyun Arena”da İsveçrə yığması ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 22:00-da başlayacaq qarşılaşmanı İsveçdən olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Kaspar Sjöberg olacaq. Ona Peter Magnusson və Maks Robin Vilde kömək edəcəklər. Dördüncü hakim funksiyasını Viktor Volf yerinə yetirəcək.

Xəbər 382 dəfə oxundu.