Azərbaycanın U-19 millisinin heyətində dəyişiklik edilib
Noyabrın 11-dən Bakıda təlim-məşq toplanışına başlayan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki,“Sabah” klubunun üzvləri Nemət Musayev, Abdulla Rzayev, Camal Cəfərov və Yusif İmanovun əvəzinə toplanışa Cavidan Abbaszadə (“Sumqayıt”), Ramin Abdullayev (“Keşlə”), Valeh Qəhrəmanlı (“Neftçi”) və Elgün Bayramov (“Səbail”) dəvət olunublar.

Xəbər 379 dəfə oxundu.