MotoGP üzrə üçqat vitse-çempion gələn mövsümü buraxacağını təsdiqləyib
MotoGP üzrə üçqat vitse-çempion Andrea Dovitsiozo ən azı gələn mövsümü buraxacağını təsdiqləyib.

34 yaşlı italiyalı sürücü 2020-ci ilin sonunda “Ducati” komandasından ayrılacaq. Bu barədə pilot “Instagram” səhifəsində yazıb.

Qeyd edib ki, son bir neçə ayda sınaq pilotu vəzifəsini tutması üçün bir neçə təklif alıb və diqqət göstərdikləri üçün komandalara minnətdarlığını bildirib.

Bildirib ki, yarışa böyük həvəsi var və uyğun layihə tapan kimi MotoGP-yə qayıdacağam.

A.Dovitsioso MotoGP yarışında 2008-ci ildə debüt edib. Ötən 12 il ərzində 227 yarışda 15 qələbə qazanıb. 2017-2019-cu illərdə üç dəfə çempionatı ikinci yerdə başa vurub.

Xəbər 408 dəfə oxundu.