“Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov istefa verib
Bakının “Neftçi” futbol klubunun idman direktoru Ceyhun Sultanov və baş məşqçi Füzuli Məmmədov Premyer Liqanın son oyunundan sonra istefa veriblər.

C.Sultanov və F.Məmmədov bununla bağlı “Neftçi”nin rəhbərliyinə müraciət ediblər və onların istefa ərizəsi qəbul olunub.

“Neftçi” rəhbərliyi C.Sultanov və F.Məmmədova xidmətlərinə görə təşəkkür edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.

Xəbər 436 dəfə oxundu.