“Universiada-2023”ə gerisayım başlayıb
2023-cü ildə Yekaterinburqda təşkil olunacaq Universiadanın başlanmasına 1000 gün qalmış gerisayıma start verilib.

Bununla bağlı keçirilən tədbirdə Sverdlovsk vilayətinin qubernatorunun birinci müavini Aleksey Orlov universiadanın hər bir gənc üçün fürsət olduğunu bildirib.

Qeyd edilib ki, min gün çox böyük müddət deyil və bu vaxt ərzində çox böyük işlər görmək lazımdır. İlk dəfə olaraq universiada çərçivəsində mədəniyyət festivalı keçiriləcək.

Xatırladaq ki, XXXI Ümumdünya Yay Universiadası 2021-ci ildə Çinin Çendu şəhərində təşkil olunacaq. Ötən il İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasında Azərbaycan milli komandası 2 qızıl, 3 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında 18-ci yerdə qərarlaşıb.

Xəbər 425 dəfə oxundu.