Robert Levandovski 2019-2020-ci il mövsümünün ən yaxşı futbolçusu seçilib
İngiltərənin məşhur “Goal.com” saytının keçirdiyi sorğuya əsasən Robert Levandovski 2019-2020-ci il mövsümünün ən yaxşı futbolçusu seçilib.

Media nümayəndələri arasında keçirilən sorğuda ikinci pillədə “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Brüyne qərarlaşıb. İlk beşliyi Lionel Messi, Neymar və Kriştiano Ronaldo tamamlayıblar.

PSJ-nin hücumçusu Kilyan Mbappe altıncı yerlə kifayətlənib. Vircil Van Dayk, Kərim Benzema, Tomas Müller və Sadio Mane isə ən yaxşların ilk onluğunda qərarlaşıblar.

Xəbər 384 dəfə oxundu.