Konor Makqreqor və Castin Puarye ikinci görüşü keçirməyə razı olublar

İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqor və amerikalı Castin Puarye yanvarın 23-də Las-Veqasda “UFC 257” çərçivəsində ikinci görüşü keçirməyə razı olublar.

İrlandiyalı döyüşçünün dekabrın 12-də “UFC 256” çərçivəsində revanş keçirilməsinin tərəfdarı olmasına baxmayaraq artıq bu razılaşmanın bütün detalları açıqlanıb. Qeyd edək ki, döyüşçülər əvvəlcə dekabrın 12-də Dublində xeyriyyə sparrinqi keçirməyi düşünürdülər.

Xatırladaq ki, K.Makqreqor və C.Puarye arasında UFC-də ilk döyüş 2014-cü ilin sentyabrında baş verib və ilk raundda irlandiyalı qələbə qazanıb.

Otuz bir yaşlı amerikalı döyüşçü karyerası ərzində 26 qələbə qazanıb, altı dəfə məğlub olub. K.Makqreqorun aktivində isə 22 qələbə, 4 məğlubiyyət var.

Xəbər 386 dəfə oxundu.