“Trabzonspor”un yeni baş məşqçisi müəyyənləşib
Türkiyənin “Trabzonspor” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

Klub “Beşiktaş”ın sabiq çalışdırıcısı Abdullah Avcı ilə münasibətləri rəsmiləşdirib.

Mövsümə uğursuz başladıqdan sonra ingiltərəli Eddi Nyutonla yollarını ayıran Qara dəniz təmsilçisi yerli mütəxəssislə 2,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, “Trabzonspor” Super Liqada 8 turdan sonra 6 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Xəbər 394 dəfə oxundu.