Cüdoçumuz Avropa birinciliyində bürünc medal uğrunda mübarizə aparacaq
Xorvatiyanın Poreç şəhərində 23 yaşlı cüdoçular arasında Avropa birinciliyi davam edir.

Mötəbər yarışın ikinci günündə təmsilçimiz Camal Feyziyev (100 kq-dan yuxarı) rəqiblərinə qalib gələrək yarımfinala yüksəlsə də, bu mərhələdə macarıstanlı Riçard Sipoça məğlub olub. Cüdoçumuz bürünc medal uğrunda italiyalı Aqro Lorentso ilə qarşılaşacaq.

Qitə birinciliyinin ilk günündə Azərbaycan milli komandasının üzvləri üç medal qazanıblar. Qızların yarışında Gültac Məmmədəliyeva (52 kq) gümüş, kişilər arasında Turan Bayramov (60 kq) və Nurlan Osmanov (66 kq) bürünc medala sahib olublar.

Qeyd edək ki, 36 ölkədən 328 idmançının (193 kişi, 135 qadın) yarışdığı Avropa birinciliyində Azərbaycan millisi 12 cüdoçu (9 kişi, 3 qadın) ilə təmsil olunur.

Xəbər 439 dəfə oxundu.