Cüdoçumuz Camal Feyziyev Avropa birinciliyinin yarımfinalına yüksəlib
Xorvatiyanın Poreç şəhərində 23 yaşlı cüdoçular arasında Avropa birinciliyi davam edir.

Mötəbər yarışın ikinci günündə daha 4 cüdoçumuz mübarizəyə qoşulub.

Təmsilçilərimizdən 100 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Camal Feyziyev rəqiblərini məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə onun rəqibi macarıstanlı Riçard Sipoz olacaq.

Qeyd edək ki, qitə birinciliyinin ilk günündə Azərbaycan milli komandasının üzvləri üç medal qazanıblar. Qızların yarışında Gültac Məmmədəliyeva (52 kq) gümüş, kişilər arasında Turan Bayramov (60 kq) və Nurlan Osmanov (66 kq) bürünc medala sahiblər.

Qeyd edək ki, 36 ölkədən 328 idmançının (193 kişi, 135 qadın) yarışdığı Avropa birinciliyində Azərbaycan millisi 12 cüdoçu (9 kişi, 3 qadın) ilə təmsil olunur.

Xəbər 455 dəfə oxundu.