Gələn il Formula 1 Azərbaycan Qran-Prisi iyunun 6-da keçiriləcək
Formula 1 üzrə dünya çempionatının 2021-ci il mövsümünün təqvimi açıqlanıb.

Azsport.az Formula 1-ə istinadla xəbər verir ki, çempionat martın 21-də Avstraliyanın Melburn şəhərində start götürəcək. Mövsümə dekabrın 5-də Əbu-Dabi Qran-Prisi ilə yekun vurulacaq.

İyirmi üç mərhələdən ibarət çempionat çərçivəsində keçiriləcək Azərbaycan Qran-Prisinin də vaxtı müəyyənləşib. Belə ki, Bakı şəhər halqası yarışa iyunun 6-da ev sahibliyi edəcək.

Gələn il Səudiyyə Ərəbistanı Qran-Prisi debüt edəcək. Cari il keçirilməsi nəzərdə tutulan və koronovirus pandemiyası səbəbindən təxirə salınan Vyetnam Qran-Prisinin təşkili isə hələ sual altındadır.

Xəbər 427 dəfə oxundu.