İsveçrə-Azərbaycan oyununun hakimləri müəyyənləşib
İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək İsveçrə-Azərbaycan oyununun hakimləri açıqlanıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, oyunu İsveçdən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Kaspar Sjöberg olacaq. Ona Peter Magnusson və Maks Robin Vilde kömək edəcəklər. Dördüncü hakim funksiyasını Viktor Volf yerinə yetirəcək.

Xəbər 446 dəfə oxundu.