XXX Qış Universiadası gələn ilin dekabrına təxirə salınıb
İsveçrənin Lütsern şəhərində gələn il yanvarın 21-dən 31-dək keçirilməsi planlaşdırılan XXX Qış Universiadası dekabrda baş tutacaq.

Bu barədə Beynəlxalq Universitet İdman Federasiyasının (FISU) İcraiyyə Komitəsindən məlumat yayıb.

Koronavirus pandemiyası səbəbindən təxirə salınmış nüfuzlu turnirin dekabrın 11-21-də təşkili qərara alınıb.

Turnirdə 50 ölkədən 2500-dən çox idmançı 10 növ üzrə yarışacaq. Bundan əvvəlki analoji yarış 2019-cu ildə Krasnoyarskda keçirilib.

Xəbər 436 dəfə oxundu.