Sloveniya–Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib
Beynəlxalq yoldaşlıq oyunu çərçivəsində keçiriləcək Sloveniya–Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Noyabrın 11-də Lyublyanada Bakı vaxtı ilə saat 23:45-də başlayacaq və CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq qarşılaşmanı Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Ferenc Karako olacaq. Ona həmyerliləri Peter Kobor və İstivan Albert kömək edəcəklər. Dördüncü hakim funksiyasını David Smayç yerinə yetirəcək.

Xəbər 424 dəfə oxundu.