Ansu Fati əməliyyat səbəbindən dörd ay yaşıl meydanlardan kənarda qalacaq
İspaniyanın “Barselona” futbol klubunun hücumçusu Ansu Fati sol dizindəki menisk yırtığından əməliyyat olunub.

Əməliyyatın uğurlu keçdiyi bildirilib. 18 yaşlı oyunçunun təxminən 4 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, A.Fati La Liqanın 9-cu turunda “Betis”lə matçda (5:2) zədələnib.

Xəbər 361 dəfə oxundu.