Güləş üzrə dünya çempionatının keçirilməsi barədə qərar noyabrın 10-da verilə bilər
Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin iclası keçirilib.
Pandemiya ilə əlaqədar olaraq bu dəfə də tədbir onlayn formatda təşkil olunub.

UWW-nin büro üzvü, Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyevin də iştirak etdiyi konfransın əsas mövzusu dekabrda Serbiyada keçirilməsi planlaşdırılan dünya çempionatı olub. Ancaq geniş müzakirələrdən sonra konkret qərar qəbul etmək mümkün olmayıb. Bu səbəbdən qərara gəlinib ki, noyabrın 10-da baş tutacaq növbəti iclasda yarışın taleyinə aydınlıq gətirilsin.

Xəbər 408 dəfə oxundu.