UEFA rəhbəri FIFA-dan futbolda əl ilə oynama qaydalarına yenidən baxmağı xahiş edir
UEFA-nın prezidenti Aleksander Çeferin FIFA-nın prezidenti Canni İnfantinoya futbolda əl ilə oynama qaydalarına yenidən baxılması üçün müraciət göndərib.

UEFA-nın prezidenti bununla hakimlərə əl ilə oyunun olub-olmadığını özləri müəyyənləşdirmə hüququna qayıtma ehtimalının nəzərdən keçirilməsini istəyib.

Qeyd edək ki, qaydalar 2019-cu ilin martında Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) illik iclasında dəyişdirilib. UEFA rəhbəri ümid edir ki, gələn ilin əvvəlində IFAB-ın iclasında qayda yenidən nəzərdən keçirilə bilər.

Xəbər 499 dəfə oxundu.