Gənc cüdoçularımız Avropa çempionatında bürünc medal uğrunda mübarizə aparacaqlar
Xorvatiyanın Poreç şəhərində gənclər arasında Avropa çempionatının üçüncü günündə cüdoçularımız bürünc medal uğrunda mübarizə aparacaqlar.

Təmsilçimiz Adil Kərimli (100 kq) İsveçrə cüdoçusu Daniel Eyç, Camal Feyziyev (100 kiloqramdan yuxarı) isə rusiyalı Valeri Endovitski ilə qarşılaşacaq.

Qeyd edək ki, turnirin ötən iki günündə cüdoçularımız medal qazanmayıblar.

Xəbər 435 dəfə oxundu.