Voleybolçumuz karyerasını Türkiyədə davam etdirəcək
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Anastasiya Qurbanova karyerasını Türkiyədə davam etdirəcək.

Voleybolçu Birinci liqa təmsilçisi “Adam” ilə bir mövsümlük müqavilə imzalayıb.

A.Qurbanova indiyədək Rusiya, Fransa və Tunisdə legioner həyatı yaşayıb.

Qeyd edək ki, Birinci liqanın “B” qrupunda mübarizə aparan “Adam” 2 oyun keçirib. Hər iki görüşdə 3:0 hesabı ilə qalib gələn komanda 6 xalla 11 klub arasında 3-cü pillədə qərarlaşıb.

Xəbər 450 dəfə oxundu.